Tovuzda 25 yaşlı qadın itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, rayonun Əsrik Cırdaxan kənd sakini, 1998-ci il təvəllüdlü Afət İsmayılova oktyabr ayının sonlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Həmin şəxsin əlamətləri belədir: Boyu 160 sm, gözlərinin rəngi qaradır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir
- Bakı-Tiflis qatarı: fiziki məhdudiyyətli sərnişinlər üçün imkanlar
- Nural Əliyev vəzifəsindən azad ediləcək
- Şəkinin tarixi hissəsində yaşayanlar uçota alınır
- Ali Məhkəməyə yeni hakimlər təyin olunur