Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 9 yeni xidməti avtomobil təqdim edilib.
BUTA.TV xəbər verir ki, 1 ədəd “Toyota Land Cruiser” markalı avtomobil rəhbər heyət, 6 ədəd “Fiat Doblo” markalı avtomobil post-patrul və 2 ədəd BMV markalı avtomobil isə yol-patrul xidməti üçün nəzərdə tutulub.
Qeyd edək ki, post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və BMV markalı avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir
- Bakı-Tiflis qatarı: fiziki məhdudiyyətli sərnişinlər üçün imkanlar
- Nural Əliyev vəzifəsindən azad ediləcək
- Şəkinin tarixi hissəsində yaşayanlar uçota alınır
- Ali Məhkəməyə yeni hakimlər təyin olunur