Belarus Rusiya ilə birgə hərbi təlimlər keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
"Belarus və Rusiya silahlı qüvvələrinin aviasiya bölmələri ilə 2023-cü il yanvarın 16-dan fevralın 1-dək taktiki uçuş təlimləri keçiriləcək. Yanvarın 8-də Rusiya Silahlı Qüvvələrinin Hərbi Kosmik Qüvvələrinin aviasiya komponenti artıq Belarus ərazisinə gəlib. Təlimlərə Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bütün aerodrom və poliqonları cəlb olunacaq",-məlumatda deyilir.
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir
- Bakı-Tiflis qatarı: fiziki məhdudiyyətli sərnişinlər üçün imkanlar
- Nural Əliyev vəzifəsindən azad ediləcək
- Şəkinin tarixi hissəsində yaşayanlar uçota alınır
- Ali Məhkəməyə yeni hakimlər təyin olunur