Amerika peyki yanvarın 8-də axşam saatlarında Yer atmosferinə daxil olacaq, onun dağıntıları planetin səthinə düşə bilər.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, peykin böyük hissəsi atmosferdən keçərkən yanacaq, lakin bəzi komponentlərin Yerə düşməsi mümkündür.
"Dağıntıların Yer kürəsində bir şeyə zərər vermə riski çox azdır, təxminən 9400-də 1-dir", - agentlik əmin edir.
Yerdəki radiasiya səviyyəsini tədqiq edən Amerikanın ERBS peyki NASA-nın üç peykdən ibarət Yer Radiasiya Büdcə Təcrübəsi missiyasının bir hissəsidir. O, 1984-cü ildə "Challenger" kosmik gəmisi ilə aşağı Yer orbitinə buraxılıb. Fəal olmayan peykin çəkisi təxminən 2,5 tondur. Peyk 2005-ci ildə fəaliyyətini dayandırıb.
- Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?
- “Bilirəm, çox ağrılı və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə
- WUF13-də 53 mindən çox şəxs iştirak edib
- Urmiya gölü bərpa olmayıb - Ekoloq
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir