Polşa öz milli maraqlarından çıxış edərək, müttəfiqlərini və NATO tərəfdaşlarını Rusiyanı kökündən zəiflətməyin zəruriliyinə inandırmağa çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə "Die Velt" qəzeti Polşa Xarici İşlər Nazirliyinin rəsmilərinə istinadən məlumat yayıb.
“Biz Rusiyanı zəiflətmək üçün lobbiçilik edirik. Rusiya dövlətinin məhvinə deyil, ən azı bir neçə onilliklər ərzində Avropada sülhə nail olmaq məqsədi ilə Rusiyanın zəiflədilməsinə çalışırıq", - mənbə bildirib.
Mənbələrin sözlərinə görə, Rusiyanın şərtləri ilə atəşkəs yalnız kiçik fasiləyə gətirib çıxaracaq ki, bu da Moskvanın gücünü toplayacağı anda bitəcək. Ona görə də Polşa Qərbi belə bir planın, yəni Rusiyanın zəiflədilməsinin reallığına inandırmağa çalışır.
- Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?
- “Bilirəm, çox ağrılı və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə
- WUF13-də 53 mindən çox şəxs iştirak edib
- Urmiya gölü bərpa olmayıb - Ekoloq
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir