Bakının Nizami rayonunda 17 binanın istilik təminatında fasilə yaranıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azəristiliktəchizat ASC-in mətbuat katibi Elvin Basqallı deyib.
"Bu gün saat 06:00-dan 11:30-a qədər çağrı mərkəzimizə 60-dan çox müraciət daxil olub. Müraciətlər ən çox paytaxtın Nizami rayonundan gəlib. Burada istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. Əməkdaşlarımız dərhal hadisə yerinə gedib və yaxın saatlarda həmin ərazidə istiliyin verilməsi bərpa olunacaq", - deyə mətbuat katibi qeyd edib.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...