Ermənistan Laçın yolundan qanunsuz fəaliyyəti üçün istifadə edə bilmədiyinə görə çıxılmaz vəziyyətdədir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi Tvitterdə yazıb.
Nümayəndəlik Laçın yolu ətrafındakı vəziyyətə görə İrəvanı günahlandırıb:
"Ermənistan reallığı təhrif etmək üçün çoxlu yalan xəbərləri təbliğ edir. Ermənistanın niyə belə çıxılmaz vəziyyətdə olması başa düşüləndir, çünki Laçın yolu artıq qanunsuz fəaliyyətləri üçün əlçatmazdır".
"Laçın yolu üçtərəfli bəyannamənin altıncı bəndinə uyğun olaraq müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsinə razılıq verən Azərbaycanın suveren ərazisidir. Azərbaycan üzərinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirib və Ermənistan ilk günlərdən Laçın yolundan qanunsuz fəaliyyət üçün istifadə edir. Ermənistan həmçinin regionda bütün nəqliyyat kommunikasiyalarını açmayıb ki, bu da üçtərəfli bəyannamənin 9-cu bəndinin kobud şəkildə pozulmasıdır", - məlumatda vurğulanıb.
Həmçinin o da qeyd olunub ki, Ermənistanın indiyə qədər Laçın yolundan qeyri-qanuni silah və şəxsi heyətin daşınması üçün istifadə edib.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...