Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ştq, H.Məmmədov küç., ev 50 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Fikrət Hüseynağa oğluna məxsus “Balıqçı” restoranında apardığı plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyini aşkarlayıb.
Bu barədə BUTA.TV-a AQTA-dan məlumat verilib.
Belə ki, müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub.
Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb edilib, həmçinin müəssisədə işlərin görülməsi (xidmətlərin göstərilməsi) məhdudlaşdırılıb.
- Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?
- “Bilirəm, çox ağrılı və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə
- WUF13-də 53 mindən çox şəxs iştirak edib
- Urmiya gölü bərpa olmayıb - Ekoloq
- AzTV Qəşəm Nəcəfzadəyə 3 min manat ödəyəcək
- Sabahın havası: 28 dərəcə isti, yağış...
- Xocavənd şəhərinə növbəti köç oldu
- Azərbaycanda yeni cərimələr müəyyənləşir