Türkiyə Orta Şərqdən Balkanlara, Afrikadan Qafqaza kimi geniş bir ərazidə təhlükəsizliyi təmin edən ölkə kimi sülh və sabitliyə töhfə vermək üçün səylərini davam etdirir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar "Fırtına" yeni nəsil haubitsalarının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə Silahlı Qüvvələri dünyanın sayılıb-seçilən ordularından biridir:
“Müstəqillik və suverenlik üçün hər cür relyef və iqlim şərtlərində “sərhəd namusdur” anlayışı ilə sərhədlərimizin təhlükəsizliyini təmin etməyə, PKK/PYD/YPG, İŞİD və FETO başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparmağa, terrorçulara ciddi zərbələr vurmağa, dənizlərimizdə və səmamızda haqq və mənfəətimizi qərarlılıqla qorumağa davam edəcəyik”.
H.Akar həmçinin bildirib ki, Türkiyə Şimali Kipr, Azərbaycan və Liviya başda olmaqla bütün dost, qardaş və müttəfiqlərin haqlı mübarizəsinə dəstək verməyə, eyni zamanda regionda və dünyada sülhə töhfə verməyə davam edəcək.
- Ceyhun Dadaşova yüksək vəzifə verildi
- Sumqayıt-Bakı istiqamətində yol çökdü - Video
- Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
- 23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz
- Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi
- Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı
- Anar Əsədliyə hökm oxundu
- "Kristal" WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim etdi