Fransanın PSJ futbol komandası Səudiyyə Ərəbistanın “Əl Hilal” və “Əl-Nəsr”in ən yaxşı oyunçularından ibarət komanda ilə qarşılaşacaq.
BUTA.TV xəbər verir ki, bu barədə PSJ-nin mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, yanvarın 17-də PSJ komandası Dohaya gedəcək və orada DÇ-2022-nin stadionlarından birində məşq edəcək. Matçın bu ayın 19-u keçiriləcəyi bildirilib.
Qeyd edək ki, portuqaliyalı Kristiano Ronaldo ötən ilin dekabrında "Əl-Nəsr"lə müqavilə imzalayıb. Bu isə deməkdir ki, Messi və Ronaldo yenidən bir-birlərinə qarşı meydana çıxa bilərlər.
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?