Abşeron rayonu Saray qəsəbəsində iki nəfəri avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə zamanı naməlum sürücü idarə etdiyi “Mersedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, daha sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub. Xəsarət alan birinci piyada xəstəxanaya yerləşdirilib. Amma yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşıb.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "Mersedes" markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib.
Faktla bağlı Qafarxan Qafarov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
- Ceyhun Dadaşova yüksək vəzifə verildi
- Sumqayıt-Bakı istiqamətində yol çökdü - Video
- Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
- 23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz
- Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi
- Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı
- Anar Əsədliyə hökm oxundu
- "Kristal" WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim etdi