ABŞ-da “Spirit Eyrleyns” sərnişin təyyarəsi göyərtəsində baş verən yanğın səbəbindən Florida ştatının Ceksonvill hava limanına təcili eniş edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Assoşeyited Press" məlumat yayıb.
Məlumata görə, 10 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, çərşənbə günü Dallasdan (Texas) Orlandoya (Florida) uçarkən əl yükündə olan təyyarənin salonunda akkumulyator yanıb. Sərnişinlərdən birinin dediyinə görə, yanğının söndürülməsi təxminən 20 dəqiqə çəkib.
Hadisə zamanı xəsarət alanların səhhətinin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir. Aviaşirkət yerüstü nəqliyyatla sərnişinlərin Orlandoya daşınmasını təşkil edib.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video