Xəbər verdiyimiz kimi, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli qəfil ürəktutmadan dünyasını dəyişib. Hacı Şahinin vida və dəfn mərasimində Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri mübariz Qurbanlı iştirak etməyib.
Bununla bağlı BUTA.TV-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Məşədi Dadaş” məscidinin imamı Şahin Həsənlinin vəfatı ilə əlaqədar rəsmi sosial şəbəkə hesabları vasitəsilə mərhumun ailəsinə başsağlığı ünvanlanıb.
“Dövlət Komitəsinin nümayəndələri mərhumun dəfn mərasiminə də qatılıb. Həmçinin, onlar yas mərasimində də iştirak edəcəklər”, - Komitədən bildirilib.
Qafqaz Müsəlmanlar İdarəsi isə sorğunu cavablandırmaqdan imtina edib.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video