Birləşmiş Ərəb Əmirlikləri İsrailin Baş naziri Benyamin Netanyahunun yanvar ayında Əbu-Dabiyə planlaşdırdığı səfərini "İranla regional böhranın yayılmasından narahatlığa" görə təxirə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Axios" internet saytı məlumat verib.
Məlumata görə, rəsmi Əbu-Dabi Netanyahunun səfər zamanı davranışının İranla regional gərginliyi artıra biləcəyini bildirib.
“BƏƏ Benyamin Netanyahunun ölkəsində İranı təhdid edən bəyanatlar verməsinə icazə vermək istəmir. İsrail və fələstinlilər arasında mövcud böhran, BƏƏ-nin fələstinliləri dəstəkləməsi İsrail və BƏƏ arasında davamlı koordinasiyaya mane olur”, - məlumatda deyilib.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video