Türkiyənin İYİ Partiyası "Altılı masa"dan çıxmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "RİA Novosti"yə partiyadakı mənbə bildirib.
"Hələlik alyansdan çıxmaq barədə dəqiq qərar verilməyib. Belə bir qərar olarsa, ictimaiyyətə məlumat verəcəyik", - mənbə bildirib.
Qeyd edək ki, ötən gün partiya lideri Maral Akşənər Türkiyənin altı müxalifət partiyasının alyansdan çıxacağına eyham vuraraq, alyansın artıq xalqın real maraqlarını əks etdirmədiyini deyib. Mübahisə isə ona görə yaranıb ki, iclasda beş partiya Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürüb, İYİ Partiyası isə İstanbul və Ankara bələdiyyə sədrlərinin namizədliyini müzakirə etmək niyyətində olub.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video