Səudiyyə Ərəbistanından Ukrayna sakinləri üçün nəzərdə tutulan 168 tonluq iki təyyarə humanitar yardımı Jeşuva hava limanına çatdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanının Ukraynaya göndərdiyi humanitar yardımın yük tikinti materialları, elektrik generatorları və dərmanlardan ibarət olduğu bildirilir.
Qeyd edək ki, fevralın 26-da Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan əs-Səud Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra brifinqdə ölkəyə 400 milyon dollarlıq humanitar yardım paketi təqdim edəcəyini açıqlamışdı.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video