Polşa ilə Almaniya arasında münasibətlərdə yaranan gərginlik Kiyevə silah və hərbi texnikanın çatdırılmasına mane ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Agentliyin müşahidələrinə görə, Varşava ilə Berlin arasında Kiyevə raket, tank və ehtiyat hissələrin tədarükü ilə bağlı mübahisələr yeni səviyyəyə qalxıb:
"Son vaxtlar Varşava Berlini Ukraynaya tankların göndərilməsi prosesini gecikdirdiyinə görə tənqid edir".
Agentlik adı açıqlanmayan məmura istinadən qeyd edir ki, “Almaniya Kiyevə lazım olan hər şeyi verməkdənsə, beynəlxalq oyunçulardan tərif aldığına görə Polşa ilə rəqabətə daha çox diqqət yetirir”.
Almaniya isə Varşavanın “sərt tonunu” payızda ölkədə keçiriləcək parlament seçkisi ilə əlaqələndirir.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video