Gərginliyin artması ilə bağlı ciddi narahatlığımızı bildiririk. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağda erməni separatçıların təxribatını şərh edərkən deyib.
“Biz tərəfləri təmkinli olmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatlar haqqında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9/10 noyabr Bəyanatının müddəalarına ciddi əməl olunmasının zəruriliyini bir daha təsdiq edirik”, - o bildirib.
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video