Çexiyada oğurlanan ingilis cinsindən olan “Zazu” adlı atın qiyməti 18 min yox, ən azı 10 milyon dollardır.
BUTA.TV xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Çexiyada atının oğurlanması haqda Teleqram kanalında qeyd edib.
Kadırov bildirib ki, 2014-cü ildə tətbiq edilən ilk sanksiyaya Zazu aid edilib:
“Təmizqanlı ayğır demokratik Qərbin ilk zərbəsini öz üzərinə götürdü”.
Onun sözlərinə görə, at oğruları “unikaldırlar”: sanksiya altında olan atı oğurlayacaq qədər axmaq, polisin onları tapmayacağı qədər hiyləgərdirlər:
"İnanmıram. Gözəl və nəcib bir heyvanın əziyyət çəkməsi ayıbdır. Zazunun pis əllərə düşə biləcəyindən narahatam".
- Leyla Əliyeva şəhid baş gizirin ailəsini ziyarət etdi - Foto
- Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - Foto
- AMEA Mehdiyevi yenə xaric etmədi: təsdiq gözləyirlər
- Horovlu kəndinə daha 30 ailə yola salındı
- Bu rayonda işıq olmayacaq
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto