Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 45 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.
COVID-19-a yoluxmuş 19 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, hazırda 212 aktiv xəstə var. Bu günə qədər 10 142 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 808, bu günə qədər isə ümumilikdə 7 538 679 test icra olunub.
- Anar Kərimova yeni vəzifə verildi
- Əli Əsədov yeni qərar imzaladı
- Su sayğacları dəyişdirilir - Rəsmi
- Lənkəranda torpaq sürüşməsi: asfalt qatı çökdü - Foto
- Sabah Bakıda bu yollar bağlı olacaq
- Ər-arvad bir-birlərinə mənəvi zərər iddiası qaldıra biləcək
- Bu rayonlara qar yağdı
- Azərbaycan Ermənistana 4500 ton dizel göndərir