İranın Xuzistan əyalətinin Əhvaz və Abadan şəhərlərində yeni zəhərlənmə halları qeydə alınıb.
BUTA.TV xəbər verir ki, Abadan Tibb Elmləri Universitetinin rektoru Seyid Məhəmməd Məhəmmədi şəhərdəki Muin Qızlar Məktəbinin bəzi tələbələrində zəhərlənmə əlamətlərinin olduğunu açıqlayıb.
Rektorun sözlərinə görə, 16 şagird müalicə olunduqdan sonra evə buraxılıb, bir şagirdin müalicəsi isə davam edir.
Qeyd edək ki, zəhərlənmə hallarının qarşısının alınmaması səbəbindən bəzi şəhərlərdə hakimiyyətə etiraz olaraq nümayişlər keçirilib.
- ADY bayramlarla əlaqədar əlavə qatar reysləri təyin edir
- "Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı
- Ali Məhkəmədən Emin İbrahimovla bağlı qərar
- Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
- Bayram qabağı çərəzlər bahalaşdı - Qiymət
- Vardanyan apelyasiya şikayəti verməyəcək
- Sabah sosial ödənişlər yekunlaşdırılacaq
- Sabah hava necə olacaq?