Rusiyanın İran və Çinlə əməkdaşlıq edərək dron istehsal etmək üçün zavod tikdiyi göz qabağındadır.
Bu sözləri BUTA.TV-a rusiyalı siyasi şərhçi Sergey Markov Rusiyanın Çinlə birgə dron zavodu tikməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
O bildirib ki, İran dronları öz gücünü döyüşlərdə göstərib, Çin istehsalı olan dronlar haqqında isə dəqiq fikir demək olmur:
“İran dronlarının güclü tərəfi odur ki, onlar özlərini döyüşdə yaxşı göstəriblər. Muasir muharibə üçün ucuz və çox effektivdirlər. Əminəm ki, Rusiyanın dron sənayesində İran mütəxəssisləri məsləhətləşmələrdə iştirak edir. Orada çox məxfi məsləhətləşmələr gedir. Həm Rusiya, həm İran bunu inkar edirlər. Amma muasir dünyada kim düzünü deyir ki! Amerikalılara, ya avropalılara həqiqəti yalnız dəli deyə bilər. Ona görə ki, onlar demək olar, həmişə yalan danışırlar”, - o bildirib.
- ADY bayramlarla əlaqədar əlavə qatar reysləri təyin edir
- "Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı
- Ali Məhkəmədən Emin İbrahimovla bağlı qərar
- Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
- Bayram qabağı çərəzlər bahalaşdı - Qiymət
- Vardanyan apelyasiya şikayəti verməyəcək
- Sabah sosial ödənişlər yekunlaşdırılacaq
- Sabah hava necə olacaq?