Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Report-a müsahibəsində bildirib.
“Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur”, - deyə bunu H.Hacıyev bildirib.
- ADY bayramlarla əlaqədar əlavə qatar reysləri təyin edir
- "Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı
- Ali Məhkəmədən Emin İbrahimovla bağlı qərar
- Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
- Bayram qabağı çərəzlər bahalaşdı - Qiymət
- Vardanyan apelyasiya şikayəti verməyəcək
- Sabah sosial ödənişlər yekunlaşdırılacaq
- Sabah hava necə olacaq?