“Gürcü arzusu”nun hakim gücü ölkədə ikinci hərbi cəbhənin açılmasına imkan verməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
"Mən bilirəm ki, Ukraynadan bir neçə onlarla insan gəlib. Onlara müraciət etmək istəyirəm: Burada nə isə olacağı ilə bağlı illüziya və gözləntilərə qapılmayın. Heç nə olmayacaq, qardaşlar. Mən Ukraynadakı bütün döyüşçülərə öz ölkəsinə sağ-salamat qayıtmasını arzulayıram. Mən sizi çirkin təxribatlara qapılmamağa çağırıram. Biz onların təsəvvür edə bildiklərindən də çox şey bilirik. Bu gün dövlət ən yüksək səviyyədədir. Nə qədər ki, “Gürcü Arzusu” hakimiyyətdədir, bir saniyə belə imkan verməyəcəyik", - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski bildirib ki, eks-prezident Mixail Saakaşvilinin Ukraynadan olan bir qrup tərəfdarı etirazlar fonunda inqilabi ssenarini həyata keçirmək üçün ölkəyə gəlib.
- ADY bayramlarla əlaqədar əlavə qatar reysləri təyin edir
- "Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı
- Ali Məhkəmədən Emin İbrahimovla bağlı qərar
- Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
- Bayram qabağı çərəzlər bahalaşdı - Qiymət
- Vardanyan apelyasiya şikayəti verməyəcək
- Sabah sosial ödənişlər yekunlaşdırılacaq
- Sabah hava necə olacaq?