Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
BUTA.TV xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- ADY bayramlarla əlaqədar əlavə qatar reysləri təyin edir
- "Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı
- Ali Məhkəmədən Emin İbrahimovla bağlı qərar
- Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
- Bayram qabağı çərəzlər bahalaşdı - Qiymət
- Vardanyan apelyasiya şikayəti verməyəcək
- Sabah sosial ödənişlər yekunlaşdırılacaq
- Sabah hava necə olacaq?