Azərbaycanda özbaşına tikililərə nəzarət sistemi elektronlaşdırılır.
BUTA.TV xəbər verir ki, sözügedən məsələ ilə bağlı hazırlanan “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda Nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Nuno Queiros ilə görüşü zamanı müzakirə olunub.
Tərəflər Azərbaycanda “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsinin cari vəziyyəti, onun yaxın bir zamanda reallaşdırımasına dair növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhərsalma sahəsində elektron nəzarət sisteminin yaradılması, baş verən özbaşına tikinti və söküntü hallarının çevik şəkildə aşkar edilməsi ilə müvafiq tədbirlərin görülməsi, nəticə etibarı ilə isə şəhərsalma və tikinti fəaliyyətlərinə dövlət nəzarətinin daha da gücləndirilməsidir.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
- Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
- Xocalı Soyqırımı Memorialının görüntüləri - Video
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...