Mustafa Fazil Qəzənfər oğluna qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə DTX-in məlumatında deyilir.
Bildirilib ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
- Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
- Xocalı Soyqırımı Memorialının görüntüləri - Video
- Deputat seçicilərini belə aldadır - Həm də rəsmi qəzet vasitəsilə
- Bakıda 65 yaşlı kişi küçədə öldü
- Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
- Bu ərazidə evlər söküləcək: Sürət qatarı keçəcək - Foto
- Jalə Əhmədovaya 2 min manat cərimə tətbiq olundu
- Bakıda dostunun atasını bıçaqlayana ağır cəza...