1915-ci il hadisələri tarixçilər tərəfindən araşdırılmalıdır. Türkiyə də arxivlərini artıq açıb.
BUTA.TV xəbər verir ki, bunu amerikalı professor Mark Meyrovitz deyib.
“Tarixi faktlara 1915-ci il hadisələri və müharibə dövründəki proseslər kontekstində nəzər salsaq, görərik ki, bu hadisələri Holokostla müqayisə etmək mümkün deyil. Məncə, Holokost kimi bütöv bir əhalini Yer üzündən silmək məqsədi daşıyan başqa faciə yoxdur. 1915-ci il hadisələrini Holokostla müqayisə etmək məntiqsiz və qəbuledilməzdir. Nasist Adolf Eyxmanı gizlədən Argentina və Vişi rejimi zamanı Holokosta şərik olan Fransa Türkiyəyə əxlaq dərsi verə bilməz. Bu ölkələr oturub öz tarixlərini nəzərdən keçirməlidir”, - professor bildirib.
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur
- Yük maşınlarının İran sərhədindən keçməsi: Məhdudiyyət var?
- Martın ilk günü hava necə olacaq?
- Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırıldı