2023-cü ilin dövlət büdcəsinə yenidən baxılacaq.
BUTA.TV xəbər verir ki, baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında bununla bağlı tapşırıqlar verilib.
Məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev "Xəbər Ertəsi"nə deyib ki, dövlət büdcəsinə yenidən baxılması xüsusilə sosial sahələrə müsbət təsir edəcək.
Onun sözlərinə görə, vətəndaşlar da büdcəyə edilmiş dəyişiklikləri hiss edəcəklər.
İqtisadçı ekspert Rəşad Həsənov isə vurğulayır ki, büdcəyə yenidən baxılması gözlənilən idi. İqtisadçı qeyd edir ki, dövlət büdcəsinə yenidən baxılarkən ilk növbədə sosial müavinət, təqaüd məsələlərində gəlirlərin yenidən dəyərləndirilməsinə ehtiyac var.
Ekspert deyir ki, məşğulluq tədbirlərinin planlanması və effektivliyin artırılması məqsədilə də əlavə vəsaitlər nəzərdə tutula bilər.
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur
- Yük maşınlarının İran sərhədindən keçməsi: Məhdudiyyət var?
- Martın ilk günü hava necə olacaq?
- Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırıldı