İran Myanma hərbi hökumətinə pilotsuz təyyarələr, Çin istehsalı olan PUA mühərrikləri və ehtiyat hissələri göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Myanma ordusunun yüksək rütbəli zabiti açıqlama verib.
O, çevrilişdən sonra hərbi hökumətin PUA-lara ehtiyacının artdığını, İrandan əldə olunan pilotsuz uçuş aparatlarından müxaliflərə qarşı istifadə edildiyini bildirib.
Hazırda mühacirətdə olan Myanma Müdafiə Nazirliyinin sabiq sözçüsü isə İranın ölkəsi ilə hərbi əməkdaşlığından narahatlığını ifadə edib:
"Tehran hökumətinin Myanma hərbi hökumətinə dəstəyi bölgə və dünya üçün təhlükəlidir", - o qeyd edib.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur