İrəvan Ağsaqqallar Şurasına sentyabrda keçiriləcək seçki ərəfəsində hakim “Mülki müqavilə” partiyasında seçkiqabağı hay-küy hökm sürür.
BUTA.TV xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
“Seçkiyə hələ 4 ay qalsa da, “Mülki müqavilə”nin bütün tərkibi onların merliyə namizədi Tiqran Avinyanın seçki kampaniyasına köklənib. Ermənistanın üzləşdiyi ən ciddi təhlükəsizlik problemlərinin arxa plana keçdiyini söyləmək olar. “Mülki müqavilə” üzvləri İrəvanda hakimiyyətlərini saxlamaq məsələsi ilə məşğuldurlar, buna bütün resurslar cəlb olunub. Partiyaya yaxın mənbələrin məlumatına görə, Paşinyan təşkilati işlərdə kifayət qədər fəal iştirak edir və prosesi şəxsən koordinasiya edir. Bu günlərdə “Mülki müqavilə”nin təşəbbüs qrupunun iclasları demək olar ki, bütünlüklə yerli özünüidarə orqanlarına keçiriləcək seçki ilə bağlı məsələlərə həsr olunub. Yeri gəlmişkən, “Mülki müqavilə” öz qələbəsinə demək olar ki, 100% əmindir, indi “sarsıdıcı qələbənin” təmin edilməsi istiqamətində işlər aparılır”, - məlumatda deyilir.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur