Milli Məclisin İntizam Komissiyası bu gün Vahid Əhmədovla bağlı müraciətə baxa bilər.
Bu barədə BUTA.TV-a Milli Məclisin İntizam Komissiyasının üzvü Fəzail Ağamalı deyib.
O bildirib ki, hazırda xaricdə olduğu üçün komissiyanın işinə qatıla bilməyəcək.
Qeyd edək ki, Vahid Əhmədov mediaya müsahibəsində “deputatların əksəriyyətinin təyin olunduğu” barədə sözləri deputatların etirazına səbəb olub. Milli Məclisin plenar iclasında müzakirələrdən sonra İntizam Komissiyasına bu məsələ ilə bağlı müraciət edilib.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur