Ermənistanın Tavuş rayonunda 55 yaşlı kənd sakini polisə müraciət edərək bir azərbaycanlının ona hücum etdiyini bildirib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, qadın bir şəxsin onun evinə girib təcavüz etdiyini və zinət əşyalarını oğurladığını deyib.
O qeyd edib ki, həmin şəxs erməni dilində danışaraq azərbaycanlı olduğu söyləyib və onu hədələyib.
Ermənistan İstintaq Komitəsinin araşdırması nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsin 28 yaşlı Artyom adlı Tavuş sakini olduğu müəyyən edilib. O, cinayəti törətdiyini etiraf edib, üzərində erməni qadına aid olan qızıl-zinət əşyaları aşkar olunub.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur