Bu gün Polşanın hakimiyyət nümayəndələri Rusiyanın Varşavadakı səfirliyində uşaqların da olduğu məktəb binasına daxil olublar.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin cavabı gecikməyib.
Rusiya XİN Rusiya bunu 1961-ci il Vyana Konvensiyasının kobud şəkildə pozulması və Rusiyanın Polşadakı diplomatik mülkiyyətinə növbəti təcavüz kimi qiymətləndirib.
Qeyd olunub ki, Varşavanın bu hərəkətlərinə Moskva sərt şəkildə reaksiya verəcək.
Eyni zamanda, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Polşa ilə diplomatik münasibətlərin davam etdirilməsinin əleyhinə çıxıb.
Rusiyanın Polşadakı səfirliyinin nazir müşaviri Andrey Ordaş bildirib ki, həmin an məktəbdə uşaqlar da daxil olmaqla 29 nəfər olub. Polşa hakimiyyətinin nümayəndələri giriş qapısını sındıraraq binaya daxil olub və bütün binalara baxış keçiriblər. Onlar işçilərə bu gün yerli vaxtla 18:00-a qədər binanı tərk etmələri üçün vaxt veriblər. Bir həftə ərzində isə məktəb avadanlıqlarının çıxarılmasına icazə verilib.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur