Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırma zamanı onun telefonla danışmaq adı ilə zərərçəkənlərə yaxınlaşdığı daha sonra onların gözündən yayınaraq mobil telefonlarla birlikdə hadisə yerindən yayındığı müəyyən edilib. Fuad Soltanovun paytaxtın bir neçə rayonunda analoji cinayətlər etdiyi müəyyən edilib. Nizami rayonunda isə o, əldə etdiyi mobil telefonlardan birində zərərçəkənə məxsus bank kartının məlumatlarından istifadə edərək 995 manat pulu da öz hesabına köçürərək oğurluq edib.
Faktla bağlı Nizami RPİ-nin 25-ci PŞ-də araşdırmalar davam etdirilir.
Fuad Soltanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur