Zaqatalaya diametri 25 mm olan dolu düşüb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, aprelin 30-u saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan yağış nəticəsində Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar kəndindən sel keçib.
Saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, Erkək-mənəş, Gürzalılar, Rusbarisi kəndlərinə, saat 15.38-15.51 radələrində Zaqatala rayonu, Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, Lənkəran rayonuna saat 15.13 radələrində 12 mm olan dolu düşüb.
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL
- AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
- “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur