Ölkədə mollalara qarşı nifrətin artmasından narahatıq.
BUTA.TV xəbər verir ki, bu sözləri Qum şəhərində yerləşən dini mərkəzin tanınmış müəllimlərindən olan Cavad Ələvi Brucerdi mediaya açıqlamasında deyib.
O, bir çox şəhərdə mollaların canlarının qorxusundan evdən çıxa bilmədiyini qeyd edib:
“Xalqla mollalar arasında dərin uçurum yaranıb. Artıq vəziyyət kritik həddə çatıb. Din xadimlərinin çoxunun ailəsi onlara mollalıqdan uzaqlaşmaları üçün təzyiq göstərir”.
Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda öldürülmələri ilə nəticələnib.
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış
- Naxçıvana reyslər belə həyata keçirilir - AZAL