Hazırda BMT Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa məcbur edə bilmir.
BUTA.TV xəbər verir ki, bunu “Ukrinform”a müsahibəsində Ukraynanın BMT-dəki daimi nümayəndəsi Segey Kislitsa deyib.
O qeyd edib ki, 20 ildən artıqdır ki, dünya Putin üçün demək olar ki, hər şeyə icazə verib və bağışlayıb:
"Əslində, bu, onun regional və qlobal təşkilatların heç bir qərarını tamamilə vecinə almayan avtokratiya yaratmaq planları ilə əlbir olub".
Onun sözlərinə görə, problem Rusiyanın BMT Təhlükəsizlik Şurasına veto hüququna malik olmasında deyil. Axı Təhlükəsizlik Şurası müharibənin dərhal dayandırılması və rus qoşunlarının Ukraynadan çıxarılması ilə bağlı qətnamə qəbul etsə belə, Putin buna razı olmayacaq və müharibəni dayandırmayacaq.
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto
- Ərgüc Kələntərlidən Mülki Müdafiə Günü ilə bağlı çağırış