Sabah Bakıda və Abşeron yarımadasında səhər saatlarında gözlənilən yağışın gün ərzində davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensiv olacağı olacağı ehtimalı var.
Qeyd edilib ki, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı
- İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!
- Ramazanın 11-ci günü: Dua, imsak və iftar vaxtı...
- Putin həmyerlimizi təltif etdi - Foto