ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
“Bu məsələ hərbi yolla həll oluna bilməz. Diplomatiya yolu birbaşa dialoq, irəliləyiş üçün etibarlı yoldur. Buna görə də biz bu mühüm danışıqlarda iştirak etmək üçün iki xarici işlər nazirini qəbul etməkdən çox məmnunuq. Dövlət katibi və Departamentin digər rəsmiləri bu məsələ ilə fəal şəkildə məşğul olur və biz bu prosesi yaxından izləyəcəyik”, - Vedant Patel bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan 1 maydan etibarən ABŞ-da ikitərəfli danışıqlar aparırlar.
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı
- İranda qızlar məktəbi vuruldu: ölənlərin sayı 160-a çatdı