Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
BUTA.TV Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk səhifəsinə istinadla xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.6, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində 1.1 dəfə yüksək müəyyən edilib.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı