Azərbaycan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşinin başlatdığı gender bərabərliyinə dəstək kampaniyasına qoşulub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, BMT-yə üzv dövlətlərdən Azərbaycan, Bolqarıstan, Danimarka, Salvador, Estoniya, Macarıstan, İtaliya, Latviya, Maldiv adaları, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Toqo Assambleya prezidentinə dəstəklərini nümayiş etdiriblər:
“BMT-dəki Daimi Nümayəndəliklərin əməkdaşları gender bərabərliyinin təşviqi və cinsi zorakılığın qarşısının alınması üzrə BMT-nin təlimini başa çatdırmağı öhdələrinə götürüblər”.
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı