Bəzi əsas məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri hələ də fərqlidir.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Vaşinqtonda nazirlər - Ararat Mirzoyan və Ceyhun Bayramov arasında keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.
Ermənistan XİN qeyd edib ki, nazirlər mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin tənzimlənməsi ilə bağlı mövqelərini təqdim ediblər.
"Nazirlər və onların komandaları “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər", eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin hələ də fərqli olduğunu qeyd ediblər", - deyə bildirilib.
Mirzoyan və Bayramov danışıqların aparılmasına görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər, həmçinin müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı