Son sutka ərzində Donetsk vilayətində 133 işğalçı məhv edilib, düşmənin 8 silah-sursat anbarı vurulub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy bildirib.
"Donetsk vilayətində düşmənin hücumlarının dəf edilməsi zamanı sutka ərzində 133 işğalçı məhv edilib, 176-sı yaralanıb. Həmçinin iki elektron döyüş stansiyası, iki özüyeriyən texnika, iki haubitsa, bir piyada döyüş maşını və səkkiz sursat anbarı da məhv edilib", - o deyib.
Onun sözlərinə görə, Rusiyanın hələ də kifayət qədər sursat ehtiyatı var, lakin Ukrayna hərbçiləri bu ehtiyatların azaldılması üçün hər şeyi edirlər.
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı