Berlin polisi Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniya paytaxtına gözlənilən səfərinin təfərrüatının mətbuata sızmasından sonra araşdırmaya başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Politiko" nəşri məluma dərc edib.
Berlin polisi yalnız səfərə hazırlığın davam etdiyini təsdiqlədiklərini və dövlət səfərinə təhlükə yarada biləcək heç bir məlumat vermədiklərini bildirib. Berlin polisi bu pozuntunu araşdırır və məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Berlin polisinin sözçüsü səfərin baş tutacağını təsdiqlədikdən sonra Zelenskinin səfəri ictimaiyyətə məlum olub və bu xəbərlərin yerli və xarici KİV-lər tərəfindən işıqlandırılmasına səbəb olub.
Ukrayna isə məsələyə təhlükəsizlik baxımından sərt reaksiya verib və səfərin təxirə salına biləcəyi vurğulanıb.
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar
- Bu rayonlara qar yağıb – Faktiki hava
- Tramp böyük riskə gedir: Böyük müharibə başlaya bilər
- Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu
- Bakıdan yola çıxan avtobus Naxçıvana çatdı