Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sammiti çərçivəsində baş verən insident zamanı ukraynalı deputat Aleksandr Marikovskinin döydüyü Rusiya nümayəndə heyətinin üzvü Valeri Stavitski xəstəxanaya yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Səfirlikdən bildirilib ki, Ukrayna nümayəndələri iki dəfə Rusiya nümayəndə heyətinin çıxışını pozmağa cəhd ediblər.
Qeyd edək ki, ukraynalı deputat Aleksandr Marikovski bayraqla şəkil çəkdirərkən Rusiya nümayəndə heyətinin üzvü Valeri Stavitski bayrağı onun əlindən almışdı. Bundan sonra Malinovski rusu döyərək bayrağı geri qaytarmışdı.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar