Rusiyalı aparıcı Vladimir Solovyov Kremlə edilən PUA hücumuna reaksiya verib.
BUTA.TV xəbər verir ki, o, Ukraynaya, Qərb ölkələrinə təhqirlər səsləndirib, Kiyevi məhv etməyə çağırıb.
Solovyov bildirib ki, Kreml qüllələrindən birində baş verən partlayışlardan sonra “Ukroreyx”in mövcudluğuna son qoymalıdır:
“Artıq qırmızı xətlər ola bilməz. Sonuncu dəfə Kremli faşistlər bombalamışdı. Əclaf, alçaq, lənətə gəlmişlər dəstəsi. Zəhmət olmasa, cavablandırın!”
O, Rusiya hakimiyyətini müharibədə qalib gəlmək üçün lazım olan hər şeyi etməyə çağırıb:
“Kreml cəzasız olaraq nasistlər tərəfindən bombalanmamalıdır”.
Aparıcı ABŞ-ın da ünvanına da təhqirlər yağdırıb: “Məhv edin!”.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar