Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 iyun 2012-ci il fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, fərmana əsasən, Bakı, Sumqayıt, Naxçıvan, Şimal, Cənub və Qərb gömrük idarələri ləğv olunub, onların əvəzinə Bakı Baş Gömrük İdarəsi, Naxçıvan Baş Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi yaradılıb.
Bundan başqa, Enerji resursları və dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin əvəzinə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, eləcə də ayrıca olaraq Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi təşkil edilib.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar