Ermənistanın dedikləri və hərəkətləri arasında çox uyğunsuzluq var.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Azərbaycan səmimidir. Sülh istəyir, təklif edir. Ermənistan isə bir tərəfdən "Qarabağ Azərbaycandır" deyir, digər tərəfdən Qarabağa fərqli yollarla silahlı dəstələr göndərir. Madam ki, sülh istəyirlər, silahlı dəstələri nə üçün göndərirlər? Bəyanat imzalandı, amma Zəngəzur dəhlizilə bağlı addım atmadılar. Avropa ölkələri, qərb də Ermənistanın Qarabağa qeyri-qanuni olaraq silah və əsgər göndərdiyini təsbit edib”, - Çavuşoğlu qeyd edib.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar