Mayın 5-də Moskva məhkəməsi rusiyalı basketbolçu Aleksey Şvedi döyməkdə şübhəli bilinən üç nəfəri həbs edib.
BUTA.TV Oxu.az-a istinadən 20 yaşlı Knyaz Əmirslanov, onun 17 yaşlı qardaşı Ramzin Əmirslanov və 19 yaşlı Qleb Pisarev iyulun 2-dək istintaq təcridxanasına göndəriliblər. Təqsirləndirilən şəxslərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zor tətbiq etməklə xuliqanlıq”) ilə ittiham irəli sürülüb.
Moskva İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən verilən məlumata görə, artıq iş üzrə şübhəli bilinən dördüncü şəxs də saxlanılıb. Bu, Ramzin Əmirslanovun sürücüsü Yusifdir.
Qeyd edək ki, mayın 2-də MOİK basketbol klubunun müdafiəçisi Aleksey Şved restoranda səs-küy salan bir qrup şəxsə irad bildirib. Bunun ardından başlanan dava nəticəsində o xəsarət alıb.
- Kanada vətəndaşları da Azərbaycana təxliyə oluna bilər
- Türkiyə və Tacikistan vətəndaşları ölkəmizə təxliyə olundu
- İrana qarşı əməliyyat: 3 amerikalı hərbçi öldü
- Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
- Bakıdan BƏƏ-yə uçan təyyarə Karaçiyə təcili eniş etdi
- Sabahın hava proqnozu açıqlandı
- İran çöksə, Türkiyə tək qalacaq, artıq “hədəfə” çıxarılır
- Xamenei belə öldürülüb - Detallar